Xəzər dənizində 4 maqnitudada zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
İlkin məlumata görə, yeraltı təkanlar saat 03:47-də qeydə alınıb. Zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.