Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində elektrik enerjisi ilə bağlı problem yaşanır.
Sumqayit24.az-a müraciət edən sakinin sözlərinə görə, Narlı bağ küçəsində hər yay eyni vəziyyət təkrarlanır. Elektrik enerjisinin gərginliyi gah yüksəlir, gah da aşağı düşür.
Gərginliyin tez-tez dəyişməsi evlərdə istifadə olunan məişət texnikalarını sıradan çıxarır. Buna görə də sakinlər ehtiyat edərək onları elektrik şəbəkəsinə qoşmurlar.
Vətəndaş aidiyyəti qurumların ərazidə elektrik şəbəkəsini yoxlamasını və problemin səbəbini araşdıraraq aradan qaldırmasını istəyir.