Dekabrın 9-u saat 08:00-a olan məlumatına əsasən, Sumqayıtda yağıntılı hava şəraiti davam edir.
Sumqayit24.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir.
Xidmət rəsmisi Gülnarə Abbasovanın sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.