Qırmızı rəngli köhnə maşını ilə Türkiyəyə yardım edən şəxsə avtomobil hədiyyə edilib. Bu haqda Sumqayıt24 9 fevral tarixində Azxeber.com-a istinadən xəbər verir.
Ceyranbatan sakini Sərvər Bəşirli bu gün "MTV”də yayımlanan "Ümid ilə gəl" televiziya verilişinə dəvət olunub. Aparıcı Tarix Əliyev (Tolik) ona yeni avtomobilin alınması üçün yardım kampaniyasını başladığını bildirib. Daha sonra verilişə bağlanan Rusiyada yaşayan iş adamlarından biri S. Bəşirliyə avtomobil hədiyyə etdiyini bildirib.
Qeyd edək ki, maşının açarı ona bazar ertəsi təqdim ediləcək.