Sumqayıtda daha bir yanğın qeydə alınıb.
Sumqayit24.az xəbər verir ki, hadisə 1-ci mikrorayon ərazisində, 5 nömrəli məktəbin yaxınlığında yerləşən çoxmərtəbəli binada baş verib.
Şahidlərin sözlərinə görə, mənzillərin birində kombi aparatı partlayaraq alışıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Alovun qarşısı alınıb. Xəsarət alan yoxdur.