Sumqayıtda yanğın hadisəsi baş verib.
Sumqayit24.az xəbər verir ki, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 20 kv.m sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən söndürülüb.