Sumqayıt şəhəri, 9-cu mikrorayonda budanan ağacların qırıntıları ərazidən aparılmayıb.
Sumqayit24.az-a bu barədə yerli sakinlər məlumat veriblər. Məlumata əsasən, 23 nömrəli məktəbin yaxınlığında 10 gün öncə qurumuş ağaclar budanıb. Kəsilmiş budaqlar isə hələ də daşınmayıb.
“Yaşıllaşdırma İdarəsinə zəng edirik, cavablandıran yoxdur. Budaqları məhəllənin bir neçə yerində qoyub gediblər”, - deyə şikayətçilər bildiriblər.
Qeyd edək ki, 14-cü məhəllədə yerləşən bina 12/21-in önündə də vəziyyət ürəkaçan deyil.
Foto Sumqayıt24
Foto Sumqayıt24