Sumqayıt şəhərinin "Yaşma bağları" ərazisində abadlıq-quruculuq işləri aparılıb.
Sumqayit24.az xəbər verir ki, adıçəkilən ərazinin Bakı-Quba yolundan keçən hissəsində uzunluğu 8 km olan səs izolyasiyalı divar səddi çəkilib. Həmçinin ətrafda minlərlə ağac və gül kolları əkilib, ərazi məişət tullantılarından təmizlənib.
Qeyd edək ki, işlər Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilib.