H.Z. Tağıyev qəsəbəsində yataqxanada yanğın olub. Sumqayıt24 bu haqda 6 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə beşmərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 20 kv.m olan mənzildə qeydə alınıb. Nəticədə çarpayı, televizor və elektrik qızdırıcısı yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.