Sumqayıt şəhərində yanğın qeydə alınıb.
Sumqayit24.az xəbər verir ki, hadisə nəticəsində yataqxananın 3-cü mərtəbəsində ümumi sahəsi 40 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alovu söndürüblər.