top
Yemək videosu ilə məşhurlaşan bodibildinqçi: “İdealım azərbaycanlı deyil” - ÖZƏL MÜSAHİBƏ
30 oktyabr 2024, 07:30
- ↺ +

Yemək videosu ilə məşhurlaşan bodibildinqçi: “İdealım azərbaycanlı deyil” - ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illər bodibildinq Azərbaycanda populyar idman növlərindən hesab olunur. Ölkəmizdə bir çox idman salonları var ki, orada bodibildinq məşğələləri keçirilir. Azərbaycanlı idmançılar beynəlxalq yarışlarda iştirak edir və uğurlar qazanırlar.

Bodibildinqdə əsas prinsiplərdən biri düzgün qidalanmadır. Həmçinin məşqlərin düzgün planlaşdırılması və istirahət dövrlərinə riayət etmək də əhəmiyyətlidir.

Sosial şəbəkələrdə bodibildinqlə məşğul olan idmançılardan birinin yarış bitdikdən sonra yemək yeyərkən görüntüləri maraqla izlənilib. Hər kəs onun əməyini qiymətləndirməyə çalışıb.

Sumqayit24.az-ın əməkdaşı videogörüntləri maraqla izlənilən fitnes-bodibildinqlə məşğul olan idmançı Tərlan Əliyev ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Tərlan bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 2003-cü il avqustun 22-də Sumqayıt şəhərində anadan olmuşam. Orta məktəbi də Sumqayıtda bitirmişəm. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının V kursunda təhsil alıram. Fitnes məşqçisi kimi fəaliyyət göstərirəm.

- Sizin sosial şəbəkədə videonuzu gördük. Yarışdan sonra yemək yeyirdiniz. Həmin görüntülər maraqla qarşılanıb. Necə oldu ki, bodibildinq ilə məşğul olmağa başladınız?

- İlk olaraq 13 yaşımda bu sahəyə marağım yarandı. Evdə məşqlər etməyə başladım. Bir cüt qantelim var idi. Onlarla məşq edirdim. Daha sonra zala getdim. Həmin gündən sonra zaldan çıxmadım. Ailəmizdə məndən başqa idmanla məşğul olan yoxdur.

- Bu sahədəki ilk təcrübəniz necə oldu? İlk yarışınızdan bəhs edərdiniz.

- İlk dəfə 16 yaşlılar arasında keçirilən yarışa qoşuldum. Və çox uğurlu oldu. Birinci yerə layiq görüldüm.

- Məşq proqramınız necədir? Həftədə neçə gün məşq edirsiniz?

- Məşq proqramımız dəyişkən olur. Yarışa beş, üç, bir ay qalmışın məşqləri tamam başqa cür olur. Zamana görə dəyişə bilir. Həftədə 4-5 dəfə məşq edirik.

- Qidalanma proqramınız necədir? Hansı qida əlavələrindən istifadə edirsiniz?

- Yarışın vaxtına görə dəyişir. Məsələn, bədəni böyütmə dönəmi olur. Həmin zaman əzələ kütləsini artırmağa çalışırıq.

Son bir ay qalanda sərt pəhriz olur. Əsasən sağlam qidalara üstünlük verilir. Protein, karbohidrat və yağların balanslı olması vacibdir.

- Hədəflərinizi necə müəyyənləşdirirsiniz və onlara nail olmaq üçün hansı strategiyalardan istifadə edirsiniz?

- Sadəcə, mənim idealım var. Bir insan seçmişəm, onun həyatını yaşamaq istəyirəm. Həmin şəxs azərbaycanlı deyil. O olmaq istəyirəm və onun getdiyi yolu gedirəm.

- Bədən tərbiyəsi və bodibildinq sahəsində sizi ən çox motivasiya edən amil nədir?

- Məni heç bir şey motivasiya etmir. İntizamlıyam. Yeddi ildən çoxdur ki, bu sahədəyəm. Artıq məni heç bir şey motivasiya etmir.

- Yarışlara hazırlıq prosesini necə keçirsiniz? Hər hansı bir xüsusi ritualınız varmı?

- Son bir aydan söhbət gedirsə, həmin zaman sərt pəhrizdə və hər kəsdən uzaq oluruq. Çox çətin dönəmdir. Əsəbi və halsız oluruq. Bunu sadəcə yaşayanlar bilir. Mənəvi və fiziki çətin bir prosesdir.

- Daha əvvəl yaşadığınız çətinliklərdən hansını aşmaq sizin üçün daha ağır oldu?

- Çox çətinlik olmayıb. Mental olaraq çöküşlər yaşamışam. Daha sonra intizamlı olduğum üçün özümə gəlmişəm və davam etmişəm.

- Başqa idmançıların uğurlarından ilham alırsınızmı? Hər hansı bir nümunəniz var?

- Əlbəttə, ilham alıram. Mənim ən çox sevdiyim Türkiyənin bodibildinq idmançısı Tunahan Gülerdir. Onu izləyirəm, idealımdır.

- Gələcəkdə hansı yarışlarda iştirak etməyi planlaşdırırsınız?

- 2025-ci ilin aprel-may aylarında İspaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcəyəm.

- Azərbaycanda bodibildinqin inkişafını necə qiymətləndirirsiniz?

- Aydan-aya güclü inkişaf edir. 15-16 yaşımdan bu idman növünü maraqla izləyirəm. 6 ay öncə ilə çox fərq var. İnkişaf var.

- Bodibildinq sahəsində hansı problemlərlə qarşılaşırsınız? Qazancınız nə qədərdir?

- Ən çox pul tələb edən idman növüdür. Maddi baxımdan problemlərlə qarşılaşıram. Qazancı keçdiyim məşqlərdən əldə edirəm. Yarışda sadəcə tanınırıq, reklamımız gedir. Rəqabət yaranır.

- Azərbaycanda keçirilən bodibildinq yarışları haqqında nə düşünürsünüz?

- Azərbaycanda yarışlar normal şəraitdə təşkil olunur. Sonuncu dəfə aprel ayında Bakıda keçirilən yarışda birinci yerə layiq görüldüm.

Nəzrin Vahid

[video width="480" height="848" mp4="https://sumqayit24.az/storage/photos/2024/10/WhatsApp-Video-2024-10-30-at-17.44.26.mp4"][/video]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər