Sumqayıtda sərnişinləri daşımaq üçün xəttə yeni avtobuslar buraxılacaq.
Sumqayıt24-ün məlumatına görə, bunun üçün nəzərdə tutulan avtobuslar artıq Türkiyədən ölkəmizə gətirilib. Sözügedən nəqliyyat vasitələri Türkiyənin "Akia" şirkəti tərəfindən istehsal olunub.
Qeyd edək ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov bir neçə gün öncə bildirib ki, yeni avtobuslar 7 və 7A saylı şəhərdaxili marşrut xətlərinə buraxılacaq.