top
YENİ QANUN - Bu binalarda mənzillər ucuzlaşacaq
06 dekabr 2024, 00:05
- ↺ +

YENİ QANUN - Bu binalarda mənzillər ucuzlaşacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Vergi Məcəlləsinə təklif edilən son dəyişiklik tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalmasına gətirib çıxaracaq”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu, xüsusən də inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək:

“Çünki gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyərinin daxil olmadığını nəzərə almaq lazımdır. Misal üçün, mənzilin qiyməti 100 min manatdırsa, işin yerinə yetirilmə həcminə uyğun 70 min manat götürülübsə, o zaman 70 min manat gəlir bəyan ediləcək. Həmin bəyan edilən gəlirdən faktiki xərc bütövlükdə çıxılacaq. Nəticədə bu imkan verəcək ki, bütövlükdə inşaat şirkətinin mənfəət üzrə vergi yükü azalsın və bu da onun sərəncamında daha çox vəsaitin qalmasına imkan yaradacaq”.

Deputat söyləyib ki, bu xüsusən də inşası tam başa çatmayan mənzillər üzrə vergi yükünün və vergi ödənişlərinin azalmasına imkan yaradacaq: “Bu konteksdə götürdükdə dəyişiklik bütün inşaat sektorunda canlanmaya xüsusi təsir göstərəcək. Bu eyni zamanda inşa edilən binalarda tikintisi başa çatmamış mənzillərdə də qiymətin azalmasına gətirib çıxara bilər, həmin mənzillərin daha optimal qiymətə təklif edilməsinə imkan yarada bilər. Çünki əvvəlki illərdən fərqli olaraq 2025-ci ildən faktiki yerinə yetirilən iş nəzərə alınmaqla vergi hesablanacaq. Bu da inşa edilən binalrda sahibkarların vergi yükünün və xərclərinin azalmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin 27 noyabrda keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilib. Dəyişikliyə əsasən, bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşir.

Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Layihəyə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi qaydasının tənzimlənməsi məqsədilə Vergi Məcəlləsinin 130.6-cı maddəsinə tənzimləmə əlavə edilir. Beləliklə, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılacaq:

- tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;

- həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;

- faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər