Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllim təyin olunub.
Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək tədris ocağına yeni təyin olunan müəllimlərlə görüş keçirilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva görüşdə məktəbdə təhsilin təşkili və məzmunu yönündə müəllimlərlə müzakirələr aparıb.
Qeyd edək ki, avqustun sonlarından etibarən 37 nömrəli məktəb fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə davam etdirir. Sentyabrın 8-dək isə təhsil müəssisəsinə fənn müəllimlərinin qəbulu aparılıb.