Ötən gecə piyadanı vuraraq qaçan sürücü saxlanılıb. Sumqayıt24 bu haqda 1 may tarixində Report.az-a istinadən xəbər verir.
17 yaşlı Ceyhun Cavadovu “VAZ-2107” markalı avtomobillə vuraraq öldürməkdə şübhəli bilinən şəxsin 36 yaşlı Zaur Şirinov olduğu müəyyənləşib. O, məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, hadisə Çerkassı küçəsində baş verib.