Sumqayıtda yol polisi əməkdaşı yaşlı kişiyə yardım edib.
“Avtosfer”in məlumatına görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. Yol Patrul Xidmətinin (YPX) əməkdaşı yolu keçməkdə çətinlik çəkən piyadanı görərək ona yaxınlaşıb. Polis əməkdaşı yaşlı kişinin qolundan tutaraq ona yolu keçməkdə yardım edib.