Sumqayıtda yük avtomobili kişini vuraraq öldürüb. Bu haqda 27 iyul tarixində Sumqayıt24 xəbər verir.
Hadisə dünən axşam saatlarında, Bakı-Quba magistralının H.Z. Tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı avtomobil yolu keçən 28 yaşlı Rəşad Süleymanovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ölən şəxs Dövlət Yol Polisi Şöbəsinin sabiq əməkdaşı İlqar Süleymanovun oğludur.