Sumqayıtda yük avtomobili qaz xəttini dağıdıb. Bu barədə 8 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə 7 dekabr axşam saatlarında baş verib. Çerkassı küçəsi (12-ci mikrorayon) ilə hərəkət edən maşın qaz borusuna çarpılaraq onu aşırıb. Nəticədə ətrafda olan binaların qazla təminatı dayandırılıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, qaz xəttinin üzərində hündürlüyü göstərən nişan olmayıb. [modula id="28347"]