Sumqayıt şəhərində Zəfər Günü qeyd edilir. Bu barədə 8 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Səhər saatlarından etibarən yüzlərlə vətəndaş Şəhidlər xiyabanına axın edib. Onlar Vətən müharibəsində şücaət, qəhrəmanlıq göstərən, qazanılmış zəfərdə böyük əmək sahibi olan sumqayıtlı şəhidlərin məzarlarını ziyarət edir, önlərinə güllər düzür, ruhlarına dualar oxuyurlar.
Xatırladaq ki, Zəfər Günü münasibətilə bayram konserti baş tutacaq.
[modula id="26565"]