Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sumqayit24.az xəbər verir ki, tədbirdə Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən təltif edilən şəxslərə orden və medallar təqdim olunub.
Sumqayıt Dövlət Dram Teatrında keçirilən görüşdə şəhərin ictimai-siyasi həyatında fərqlənən şəxslərə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları da təqdim olunub.