Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində səyyar qəbul keçirilib. Sumqayıt24 bu barədə 3 dekabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
21 nömrəli tam orta məktəbdə təşkil olunan qəbulda icra başçısı Zakir Fərəcov və İH-nin məsul şəxsləri, idarə və xidmət təşkilatlarının rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər. Görüşdə vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin böyük qismi yerindəcə həll edilib.