Sumqayıtda məktəbə aparan yol baxımsızlıqdan yararsız haldadır. Sumqayıt24 bu barədə 7 dekabr tarixində xəbər verir.
Bu hal 18-ci məhəllədə yerləşən 10 nömrəli məktəbin ətrafında müşahidə olunur. Məktəb yolunda asfalt örüyü mövcud deyil.
“Burada yüzlərlə şagird təhsil alır. Hər gün bu yoldan istifadə etmək məcburiyyətində qalırıq. Yağıntılı havalarda çökəkliklərə su dolaraq gölməçələr yaranır. Yolların palçıq olmasından uşaqlarımız evə gəlib çatana qədər paltarları çirkə bulaşır”, - deyə valideynlər söyləyiblər.
[modula id="28310"]