Sumqayıt şəhərində Sukanal İdarəsi tərəfindən daha bir zirzəmi təmir olunub. Bu haqda Sumqayıt24 idarənin Facebook hesabına istinadən xəbər verir.
Məlumata əsasən, işlər şəhərin 11-ci mikrorayonunda aparılıb. Burada 1-ci evin 3-cü girişində olan zirzəmi təmir edilib.
Daha öncə, 6-cı mikrorayonda olan binanın çöl və zirzəmi xətləri yeni borularla əvəz olunmuşdur.