Sumqayıtda yeraltı su borusu partlayıb. Sumqayıt24 bu barədə 2 fevral tarixində xəbər verir.
Kommunal qəza 17-ci mikrorayonda qeydə alınıb. Ətrafda yerləşən binalarda suyun verilişi müvəqqəti dayandırılıb.
Hazırda ərazidə Sukanal idarəsinin əməkdaşları çalışırlar. Borunun zədələnmiş hissəsi onlar tərəfindən yenilənir.