Sumqayıt şəhəri 18-ci məhəllənin yollarını kanalizasiya suları basıb. Bu haqda Sumqayıt24-ün oxucuları bu gün, 14 mart tarixində xəbər verib.
Təqdim olunan fotoşəkillərdə göründüyü kimi, yaşayış binalarının önündən keçən yolda çirkab suları axır. Sakinlərin sözlərinə görə, ətrafı kəskin qoxu bürüyüb. Bu səbəbdən onlar zərurət olmadan pəncərələri açmırlar.