Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 12-nin önündə kanalizasiya tutulub. Sumqayıt24-ə bu barədə izləyicilər məlumat verib.
Xalça yumaq üçün nəzərdə tutulmuş yerdə yaranmış problemlə bağlı sakinlər tərəfindən aidiyyəti qurumlara dəfələrlə müraciət ünvanlanıb. Lakin bu günədək heç bir tədbir görülməyib.
Sakinlər qeyd edirlər ki, çirkab sular mütəmadi olaraq həyətə dolur və nəticədə antisanitar vəziyyət yaranır: “2-3 ildir ki, orada xalça yumaq mümkün deyil. Kanalizasiya tutulub. Bu il vəziyyət lap biabırçı idi”.