Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən zirzəmilərdən biri Sumqayıt Sukanal İdarəsi tərəfindən təmir olunub. Bu haqda İdarə öz Facebook hesabında məlumat yayıb.
Məlumata əsasən, işlər 34-cü evin 4-cü blokunun zirzəmisində aparılıb. Burada köhnə kanalizasiya xətləri yeniləri ilə əvəz olunub.