Sumqayıt şəhərində 20 ildir ki sakinləri narahat edən hasarlanmış ərazi var. Sumqayıt24 bu haqda XəzərTV-yə istinadən xəbər verir.
Sözügedən baxımsız ərazi 48-ci məhəllə, bina 5-in önündə yerləşir. Sakinlərin sözlərinə görə, vaxtilə istirahət məkanı olan həmin bu yerdə binanın tikiləcəyi bildirilsə də, hazırda ərazini kol-kos basıb. Onlar qeyd edib ki, gecələr buraya narkotik aludəçiləri gəlir.
Araşdırma zamanı məlum olub, hasarlanmış ərazi Ziyad Abbasov adlı vətəndaşa məxsusdur. Abbasov açıqlamasında, ərazinin təmizlənməsinə dair tapşırıq verdiyini bildirib.
İcra Hakimiyyətindən verilən məlumata görə isə, ərazi artıq nəzarətə götürülüb. Mülkiyyətçiyə tapşırıq verilib. Yaxın zamanda burada abadlıq işləri aparılacaq.