Sumqayıt şəhəri, Sahil küçəsində yolun asfalt örtüyünün əsaslı təmiri (II hissə) işlərinə başlanılır.
İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti hazırlıqlara yekun vurub.
Belə ki, qurum yol təmiri işlərini "Dream Construction Company" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Bağlanmış müqavilənin maliyyə dəyəri 320 min manat olaraq müəyyən edilib.