Sumqayıtda aparılan təmirdən sonra ağac qəzalı vəziyyətə düşüb. Redaksiyamıza bu barədə 22 avqust tarixində məlumat verilib.
Belə ki, 4-cü mikrorayon sakinləri deyir ki, bina 4/64-ün önündə aidiyyəti qurum tərəfindən kanalizasiya xəttində təmir aparılıb. Nəticədə yaşlı ağacın gövdəsi zədələnib və böyük çat yaranıb. İnsanlar onun aşa biləcəyindən gileylənirlər.
Bundan əlavə, işlərin yekunlaşmasından bir həftədən çox keçməsinə baxmayaraq, qazılmış asfalt örtüyü hələ də bərpa edilməyib.