“4 kamera” adlandırılan ərazinin sakinləri kanalizasiya problemi ilə qarşılaşıb. Bu haqda onlar Sumqayıt24-ə məlumat verib.
Həmin ərazi Səməd Vurğun küçəsində (Elektrik stansiyasının yaxınlığında) yerləşir. Burada kanalizasiya xətti olmadığından, çirkab sular fərdi yaşayış evlərinin önündən axır. Sakinlərin sözlərinə görə, torpaq həmin nəmi özünə çəkir. Bu səbəbdən ev ilin 365 günü nəmişlik və pis qoxu içində olur.