Sumqayıt şəhəri 42-ci məhəllə, bina 14-də elektrik lövhə partlayıb. Bu haqda binanın sakinləri Sumqayıt24-ə müraciət edib.
Onlar bildiriblər ki, lövhə uzun müddətdir yararsız vəziyyətdədir. Bu səbəbdən sakinlər heç bir məişət texnikasından istifadə edə bilmir. Aidiyyəti quruma qaynar xətt vasitəsilə dəfələrlə müraciət olunub, lakin heç bir tədbir görülməyib.