Sumqayıtda su borusu partlayıb. Sumqayıt24-ə bu barədə 24 avqust tarixində xəbər verilib.
Hadisə nəticəsində 42-ci məhəlləni içməli su basıb. Məlumata görə həmin boru yararsız vəziyyətdə idi. Sukanal İdarəsinin əməkdaşları dərhal əraziyə gələrək yaranmış problemi aradan qaldırıblar.