Sumqayıt şəhəri, 49-cu məhəllədə kanalizasiya xətti tutulub. Bu barədə 27 oktyabr tarixində Sumqayıt24-ə izləyicilərdən məlumat daxil olub.
Söhbət Dəmiryol vağzalının birinci yerüstü dəmiryol keçidi tərəfə yaxın ərazisindən gedir. Sakinlərin sözlərinə görə, bu hal tez-tez yaşanır. Çirkab sular küçə boyunca axır, ətrafı xoşagəlməz qoxu bürüyür. Aidiyyəti qurumlara müraciət olunsa da, hələlik heç bir nəticə yoxdur.