Sumqayıt şəhəri 6-cı mikrorayonda işıq dirəyi sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Bu haqda Sumqayıt24-ə bu gün, 22 mart tarixində məlumat daxil olub.
Belə ki, Cəlil Məmmədquluzadənin büstünün önündə olan dirəyin plafonu asılı vəziyyətdə qalıb. Sakinlərin sözlərinə görə, əvvəllər plafon məftillə bərkidilsə də, sonradan məftil boşalıb və qəzalı vəziyyət yaranıb. Sakinlər buradan qorxduqları üçün keçə bilmədiklərini vurğulayıblar.