Sumqayıtda H. Salayev küçəsində səki sürücülər tərəfindən zəbt edilib. Bu haqda Sumqayıt24-ə oxucular məlumat verib.
Sakinlərin sözlərinə görə, 6-cı mikrorayonda olan həmin piyada səkisində bordür yoxdur. Bu səbəbdən, sürücülər öz avtomobillərini burada saxlayırlar. Piyadalar səki ilə hərəkət etməkdə çətinlik çəkir və məcbur qalıb yolun hərəkət hissəsinə çıxırlar.
Bu amil ən əsas da uşaq arabası ilə olan vətəndaşlara müəyyən çətinliklər yaradır.