Sumqayıtda məhəllədaxili yol təmir olunub. Sumqayıt24 bu haqda bu gün, 23 aprel tarixində məlumat daxil olub.
İşlər 9-cu mikrorayon, bina 26, 27 və 28-in önündən keçən yolda aparılıb. Burada yaranmış çalalar aradan qaldırılıb. Əraziyə xüsusi texnika cəlb edilib.
Xəbər verdiyimiz kimi, 5 ay öncə həmin ərazidə yeraltı borular təmir olunmuş, lakin qazılmış yol bərpa edilməmişdir.