Sumqayıt şəhəri, 9-cu mikrorayon, 26-cı binanın zirzəmisi çirkab sulardan təmizlənib. Sumqayıt24 bu barədə 30 avqust tarixində Xebele.com-a istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, binanın kanalizasiya xətləri köhnə olduğundan istismara yararsızdır və xətlərdən axan sular binanın zirzəmisinə dolur.
Sumqayıt Sukanal İdarəsi həmin əraziyə baxış keçirib. Kanalizasiya boruları tutulduğu üçün tullantı suları zirzəmiyə axırdı. Borular təmizlənib, yaranan problem artıq öz həllini tapıb.