Sumqayıt şəhərinin 9-cu mikrorayonda kanalizasiya xətti yenilənib. Sumqayıt24 bu haqda bu gün, 25 fevral tarixində Sukanal İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, təmir işləri ev 11/17-nin sonuncu girişinin çöl xəttində aparılıb. Burada idarənin əməkdaşları tərəfindən yeni borular quraşdırılıb.
Həmçinin, şəhərin bir çox məhəllə və prospektlərində kanalizasiya quyuları yüksək təzyiqli yuma maşını ilə yuyularaq çirkab tullantılarından təmizlənib.