Sumqayıt şəhərində çöl və zirzəmi kanalizasiya xətləri yenilənib. Bu haqda bu gün, 25 aprel tarixində Sumqayıt24 Sukanal İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, işlər 9-cu mikrorayon ev 25a/9-da aparılıb. Əraziyə adıçəkilən idarənin əməkdaşları cəlb edilib. Burada mövcud olan köhnə xətt yenisi ilə əvəzlənib.
4-cü mikrorayon ərazisində isə kanalizasiya quyuları bərk tullantılardan təmizlənib.