Sumqayıt şəhəri, 9-cu mikrorayonda antisanitar vəziyyət müşahidə olunur. Bu barədə 15 avqust tarixində Sumqayıt24-ə izləyicilərdən məlumat daxil olub.
Söhbət ev 12/13-ün qarşısındakı məhəllədən gedir. Ərazidə məişət tullantıları ətrafa səpələnib.
“İllərdir ki, bu vəziyyətdədir. Məhəllədə antisanitariya hökm sürür. Burada 22 nömrəli məktəb də yerləşir. Qabaqdan tədris ili gəlir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunub, lakin nəticə yoxdur”, - deyə sakinlər bildiriblər.