Sumqayıtda məhəllədaxili yollar asfaltlanıb. Sumqayıt24 bu barədə DünyaTV-yə istinadən xəbər verir.
İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 9-cu mikrorayonda görülüb. Belə ki, 25 nömrəli avtobusun hərəkət istiqamətində yollara 5500 kv.m asfalt örtüyü döşənib.