Cəlil Məmmədquluzadə küçəsində asfalt örtüyü çatlayıb. Bu haqda bu gün, 16 iyun tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, 5-ci və 6-cı mikrorayonların arasında olan yolda çuxur əmələ gəlib. Bu yoldan çox sayda sürücü istifadə edir, bu səbəbdən çala böyüyür.
“Çökəklik düz lükün yanında yaranıb, bu da, əsasən, gecə saatlarında təhlükə saçır”, - deyə oxucu bildirib. [modula id="16864"]