Sumqayıt şəhəri Koroğlu prospektində piyada keçidi zolaqları çəkilir. Bu haqda Sumqayıt24-ə bu gün, 22 fevral tarixində məlumat daxil olub.
İşlər avtovağzalın önündən keçən yolda aparılır. Yolun bir hissəsi bu səbəbdən bağlanıb. Xatırladaq ki, burada olan zolaqlar uzun zamandır ki silinmişdir.
Eyni işlər yenicə təmirdən çıxmış Bakı küçəsində də görülür. Belə ki, 4 və 8-ci mikrorayonları ayıran yolun hər iki tərəfində artıq yeni “zebra”lar çəkilib.