Sumqayıtda təmir işləri səbəbindən qazılmış yol təmir edilir. Bu haqda Sumqayıt24-ə bu gün, 5 may tarixində məlumat daxil olub.
Söhbət 9-cu mikrorayon, “Aygün” şadlıq sarayının önündəki ərazidən gedir. Yeraltı boruların yenilənməsi üçün bir müddət əvvəl bu yol qazılmışdı. Hazırda isə işlər yekunlaşıb və buraya yeni asfalt örtüyü döşənib.