Sumqayıt şəhərinin Azerbaycan prospektində yağış suları üçün nəzərdə tutulan dəmir barmaqlıqlar yenilənib. Bu haqda Sumqayıt24-ə məlumat daxil olub.
İşlər şəhərin 18-ci məhəlləsində, ev 6/27-nin önündə aparılıb. Ərazidə dolmuş kanalizasiya xətləri yüksək təzyiqli yuma maşını ilə təmizlənib. Həmçinin köhnə dəmir barmaqlıqlar yeniləri ilə əvəz edilib.