Sumqayıtın daha bir küçəsində kanalizasiya xəttində problem yaşanıb. Bu haqda bu gün, 14 iyun tarixində Oxu.az-a istinadən xəbər veririk.
Kanalizasiya xəttinin tutulması ötən gün Azərbaycan prospektində baş verib. Problem Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən həll edilib. Qurumun işçiləri nasoslar vasitəsilə suyu bir kanalizasiya quyusundan çəkib, o birisinə boşaldıblar.
Daha öncə, digər küçədə sızan kanalizasiya sularına görə yol çökmüşdür.