Azərbaycan prospektində yaranmış zibillik aradan qaldırılmır. Sumqayıt24 bu haqda 28 iyun tarixində xəbər verir.
Antisanitar vəziyyət “Əşya bazarı”nın yaxınlığında müşahidə olunur. Əraziyə plastik butulkalar, çürümüş qida məhsulları, sellofan və digər tullantılar atılıb. Təmizlik işləri isə uzun müddətdir ki, aparılmır.
Qeyd edək ki, bu vəziyyətin yaranmasında təkcə aidiyyəti qurumların deyil, təmizlik qaydalarına riayət etməyən sakinlərin də “əməyi” var. [modula id="17504"]