Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən Babək küçəsində təmir işləri görülür. Bu haqda Sumqayıt24-ün oxucuları bu gün, 8 mart tarixində xəbər verib.
İşlər küçənin 13-cü mikrorayona düşən hissəsində, kanalizasiya xəttində aparılır. Burada yer qazılıb və yararsız hala düşmüş boru təmir edilir. Əraziyə çox sayda işçi cəlb olunub. Qeyd edək ki, işlər səbəbindən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. [modula id="11040"]