Sumqayıt şəhəri 13-cü mikrorayonda ən çox istifadə edilən yollardan biri baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 22 fevral tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, şəhərin Babək küçəsində səkilər dağılmış vəziyyətdədir. Oxucuların sözlərinə görə, bu yoldan gündə bir neçə min insan istifadə edir. Lakin tamet daşlar yerlənidən çıxıb, yolun bir hissəsində isə ümümiyyətlə örtük yoxdur.
“Asfalt yoxdur, daş yoxdur. Neçə dəfə qaranlıq vaxtı bu yol ilə gedəndə ayağım burxulub”, - deyə oxucu bildirib. [modula id="10223"]